AZ

Narkoz altında olan xəstənin ayaqları radiatora YAPIŞDI – Dəhşətli tibbi SƏHLƏNKARLIQ – FOTO

Narkoz altında olan xəstənin ayaqları radiatora yapışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tümen şəhərində dəhşətli hadisə baş verib. Əməliyyatdan sonra narkozun təsiri altında olan pasiyentin ayaqları istilik batareyasına (radiatora) yapışaraq yanıb. Qız aşağı ətraflarını itirmək təhlükəsi ilə üzləşib.

Məlumata görə, hadisə 2 saylı Vilayət Klinik Xəstəxanasında qeydə alınıb. Qızın ayaq biləyindəki lövhənin (plastinanın) çıxarılması əməliyyatından sonra o, palatada radiatorun yanında yuxuya gedib. Anesteziyanın təsiri altında olduğu üçün ağrını hiss etməyən xəstə güclü yanıq xəsarətləri alıb.

Pasiyentin 3-cü dərəcəli yanıqlar almasına baxmayaraq, xəstəxanadan evə buraxıldığı bildirilir.

Hazırda tibb müəssisəsində yoxlamalar aparılır. Zərərçəkənə dəri köçürülməsi əməliyyatı ediləcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
68
interpress.az

1Mənbələr