AZ

Alvaro Arbeloa: “Real Madrid”i zəiflətmək üçün kampaniyalar aparılır”

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasında “Monako” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Florentino Peres (“Real”ın prezidenti – red.) və Madrid klubuna qarşı kampaniyalar haqqında danışıb.

İdman.Biz-in məlumatına görə, La Liqada “Levante” ilə oyundan (2:0) sonra “Real Madrid”in azarkeşləri “Florentino, get!” şüarını səsləndiriblər. Bundan əlavə, matçdan əvvəl Peresi tənqid edən bannerlər də peyda olub. Arbeloa bu hadisələrə reaksiya verərkən “Bunu Madridi sevməyənlər edir” deyib.

“Qorxursunuz ki, ictimaiyyətin bəzi üzvləri Florentino Peres haqqında şərhlərinizdən inciyə bilər?” sualına baş məşqçi belə cavab verib:

“O biri gün dediklərimi təkrarlayacağam. Keçmiş gənclər komandasının məşqçisi, keçmiş oyunçu və xüsusən də əsas komandanın baş məşqçisi kimi azarkeşlərə və onların fikirlərini istədikləri kimi ifadə etmək hüququna böyük hörmətim var.

Hücumlar komandanı, “Real Madrid”i zəiflədir. “Real Madrid”i zəiflətmək üçün kampaniyaların olduğunu bilirəm və onların arxasında kimin dayandığını da bilirəm. Mən aldanmayacağam”.

İdman.Biz
Seçilən
38
1
idman.biz

2Mənbələr