AZ

Qardaşının ölümünə görə karyerasını bitirən futbolçu: Hələ də bunu tam dərk edə bilmirəm

Futbolçu karyerasını başa vuran Kevin Kampl qardaşının vəfatından sonra həyatının ən ağır dövrünü yaşadığını bildirib.

Publika.az xəbər verir ki, “Leypsiq”in sabiq üzvü müsahibəsində ailə faciəsinin yeganə problem olmadığını, atasının səhhətinin də ciddi narahatlıq doğurduğunu açıqlayıb. “Son iki yarım ay həyatımın indiyə qədərki ən pis dövrü olub”, – 35 yaşlı Kampl “Bild” nəşrinə deyib.

O, ilin əvvəlində ailəsinin yanında olmaq üçün “Leyptsiq”lə müqaviləsini ləğv edib və peşəkar karyerasını başa vurub. Buna səbəb isə oktyabrın 22-də ürək tutmasından vəfat edən böyük qardaşı Sekinin qəfil ölümü olub.

Kampl acı xəbəri aldığı ilk saatları da xatırlayıb. Ailə üzvləri Səki ilə əlaqə yarada bilmədikdən sonra o, dərhal Zolingenə yollanıb. “Xəstəxanaya getdim. Orada çöldə 100-ə yaxın köhnə dost dayanmışdı və mən Seki ilə vidalaşa bildim. Bir həftə əvvəl Mayorkada qol-qola ad gününü qeyd etdiyin qardaşını orada uzanmış halda görürsən. Ayağının altından yer çəkilir”.

O bundan bir neçə həftə sonra futbolu tərk etmək qərarına gəlib: “Mətbəxdə həyat yoldaşımla oturmuşduq, bir-birimizə baxdıq və dedik ki, evə qayıtmalıyıq”.

Seçilən
32
publika.az

1Mənbələr