ain.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiya Silahlı Qüvvələri Xarkov bölgəsində yeni istiqamətdə hücum əməliyyatlarına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Z Əməliyyatı: Rusiya Baharının Müharibə Müxbirləri” Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya bölmələri Belqorod vilayəti istiqamətindən Ukrayna sərhədini keçərək Xarkov bölgəsində yerləşən Deqtyarnoye yaşayış məntəqəsini nəzarətə götürüb. Bundan sonra isə rus qoşunlarının Nestyarnoye istiqamətində hücuma başladığı qeyd olunur.
Rəsmi Rusiya və Ukrayna qurumları tərəfindən cəbhə bölgəsində şiddətli döyüşlər getdiyi bildirilsə də, məlumat hələlik təsdiqlənməyib. Regionda döyüşlərin davam etdiyi bildirilir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.