Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub.
Doğru.az xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gürcüstanın Azərbaycandakı səfirliyinin və Gürcüstanın Gəncə şəhərindəki baş konsulluğunun dəstəyi ilə baş tutub.
Rəsmi hissədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan–Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini bildirib. O, mədəniyyətin xalqları birləşdirən ən güclü körpülərdən biri olduğunu vurğulayıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də çıxışında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bu cür mədəni tədbirlərin xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Daha sonra “Erisioni” ansamblı gürcü xalqının zəngin musiqi və rəqs irsini özünəməxsus ifa tərzi və möhtəşəm xoreoqrafiya ilə tamaşaçılara təqdim edib. Konsert proqramı izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.