AZ

Qəzza üzrə Sülh Şurasının nizamnaməsi Davosda imzalanacaq

Bakı. Trend:

Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanmamərasimi yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadiForumu çərçivəsində baş tutacaq.

Trend xəbər verirki, bu barədə ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravidməlumat yayıb.

Jurnalist ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlət vəhökumət başçılarına göndərilən dəvətin fotosunu da paylaşıb.

Məlumata görə, Sülh Şurasına qoşulmaq təklifi müxtəlif ölkələrinliderlərinə göndərilib. Dəvəti alanlar arasında Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif,Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan PrezidentiŞavkat Mirziyoyev və digər dövlət və hökumət başçıları var.

Qeyd edək ki, Sülh Şurası ABŞ-nin rəhbərlik etdiyihökumətlərarası təşkilatdır. Şuranın nominal məqsədi sabitliyətöhfə vermək, etibarlı və qanuni idarəetməni bərpa etmək, eləcə dəmünaqişədən zərər çəkmiş və ya münaqişə riski olan ərazilərdədavamlı sülhün təmin olunmasına dəstək göstərməkdir.

Şuranın yaradılması 2025-ci ilin sentyabrında ABŞ PrezidentiDonald Tramp tərəfindən təklif edilib, onun təsis edildiyi isə2026-cı il yanvarın 15-də elan olunub.

BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanaraq 2025-ciilin noyabrında qəbul etdiyi 2803 saylı qətnaməyə əsasən, SülhŞurası Qəzza sektorunda idarəetmə, yenidənqurma və müharibədənsonrakı iqtisadi bərpaya dəstək göstərmək səlahiyyətinəmalikdir.

Seçilən
129
az.trend.az

1Mənbələr