AZ

CNN: Trampın Qrenlandiyanı ştata çevirmək planı yoxdur

BAKI, 20 yanvar. TELEQRAF

ABŞ Qrenlandiyanı yeni ştatına çevirmək niyyətində deyil, amma onunla ittifaqda olmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ Prezidenti Donald Trampın adının açıqlanmasını istəməyən müşavirinə istinadla məlumat yayıb.

“Onları öz ştatımıza çevirmək istəmirik. Bəs onlarla ittifaqda olmaq istəyirikmi? Şübhəsiz”, - ABŞ rəsmisi telekanala deyib.

CNN-in başqa bir mənbəsi bildirib ki, Trampın komandasında ümumilikdə ABŞ-nin ada üzərində nəzarət qurmalı olduğu fikri ilə razılaşırlar, amma bu məqsədə necə nail olunması məsələsində onun müşavirləri arasında hələlik vahid mövqe yoxdur. Bununla belə, onların çoxu Trampın hərbi üsullardansa, tariflərin tətbiqi ilə hədələmə yolunu seçməsini üstün tutar.

Donald Tramp bundan əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini bəyan edib.

Seçilən
88
2
teleqraf.com

3Mənbələr