Albaniya Superliqasında 20-ci turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin formasını geyindiyi “Partizani” doğma meydanda “Teuta”nı 2:1 hesabı ilə məğlub edib. İskəndərli oyuna start heyətində çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
Hazırda “Partizani” 26 xalla turnir cədvəlində 5-ci yerdədir.