AZ

Çindən Orta Dəhliz vasitəsilə Azərbaycana yeni qatar xətti istifadəyə verilib VİDEO

Pekin, 19 yanvar, AZƏRTAC

Çinin iri liman şəhərlərindən olan Tiencindən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu – Orta Dəhliz vasitəsilə Azərbaycana yük qatarı xətti açılıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da bu xətt üzrə ilk yük qatarı Tiencindən yola düşüb. Polad borular, məişət avadanlığı və digər mallarla yüklənmiş qatar Çinin Horqos gömrük məntəqəsindən Qazaxıstana, oradan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Qatar təxminən 7 min kilometrlik yolu 20 günə qət edəcək. Bu, ənənəvi dəniz yolundan 10 gün qısadır. Gələcəkdə Tiencindən gələn yüklərin Bakıdan digər təyinat məntəqələrinə göndərilməsi də planlaşdırılır.

Qeyd edək ki, hazırda Çinin bir neçə şəhərində Orta Dəhliz vasitəsilə Azərbaycana yük qatarı xətti fəaliyyət göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Seçilən
113
3
azertag.az

4Mənbələr