ain.az, Newscenter.az portalına istinadən məlumat verir.
20 Yanvar faciəsi tariximizin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, uzunmüddətli perspektivdə xalqımız və dövlətçiliyimiz üçün əvəzsiz siyasi və mənəvi əhəmiyyət kəsb etdi. Qəhrəman şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi hesabına milli azadlıq iradəsini qəti şəkildə formalaşdırdıq. Xalqımız imperiyanın haqsız idarəçiliyinə qarşı çıxmaqla və dinc əhaliyə yönəlmiş zorakılığa qarşı durmaqla müstəqillik əzmimizi daha da gücləndirdi. Bu birlik və həmrəylik xalqımızın azadlıq ideyasını tarixi zərurətə çevirdi. İmperiyanın “xalqın dostluğu” ideyası mifinin boş və mənasız olduğu, antiinsani zorakılıqla üzə çıxdı. Bu faciə düşüncələrimizdə qəti anlayış formalaşdırdı ki, suverenlik, təhlükəsizlik, hüquqlar və ədalət yalnız öz dövləti olanda qorunub saxlanıla bilər.Dövlətə sahib çıxmaq mədəniyyətinin ənənəsinin bünövrəsi bu ağrılı fədakarlıqla qoyuldu. Bu gün biz 44 günlük müharibə ilə antiinsani ideologiyaları darmadağın edərək suveren, azad, qalib və ədalətli bir ölkə, bir dövlət yaratdıq. Qətiyyətli və prinsipial diplomatiyamızla milli ideologiyamızı və layihəmizi ortaya qoyduq. Şəhidlərimizin qisası alındı. Artıq milli ideologiyamızda şəhidlik məfkurəsi dövlətin ideologiyasına çevrildi.Haqlı xarakterimizi beynəlxalq səviyyədə nümayiş etdirdik. Azərbaycan dövlətçiliyini mənəvi təməl daşlarına çevirən şəhidlərimizi ehtiram və sayğı ilə anırıq. Qisasımızı dövlət şərəfi hesab edən, qərarları milli maraqlara görə verən, strateji və hüquqi əsaslarla dövləti gücləndirən addımlar, faciəmizi milli yaddaş və hesab gününə çevirdi və dünyanı bu addımlarla bizimlə hesablaşan bir aktora çevrilməyimizi təmin etdi. İndi milli təfəkkür naminə heç vaxt qanı yerdə qalmayan şərəfli düşüncə daşıyıcılarına çevrilən bütün vicdanlı vətəndaşlarla birlikdə, siyasi liderimiz Cənab İlham Əliyevin mütərəqqi, böyük düşüncələri sayəsində qürurlu və tarixi uğurlara imza atdıq.Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.