Bakı. Trend:
Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol,milli qürur və mübarizə günü kimi əbədi həkk olunan 20 Yanvarhadisələrindən 36 il ötür.
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvarhadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanınıziyarət edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz vəsuverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əzizxatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarlarıüzərinə gül dəstələri qoyulub.
1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıquğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Butarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətininmüstəqilliyinin bərpasında mühüm rol oynayıb. Azadlığa gedən yoldahəyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqlarıilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifəyazıblar.
20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol QarabağZəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızınçoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.
20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb,şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.