AZ

Moskvada restoranlar kütləvi şəkildə bağlanır

Moskva pandemiyadan bəri ən böyük restoran və bar bağlanma dalğası ilə üzləşib.

FED.az bizne və maliyyə xəbərləri portalı xəbər verir ki, təkcə bu ilin yanvar ayında paytaxtda "Dorogaya, Ya Ya Rezvyomu", Smoke BBQ, The Toy, Mimi, Beerside və "Valenok" da daxil olmaqla 45 məşhur müəssisə bağlanıb.

Mütəxəssislər hesablayırlar ki, 2026-cı ilə qədər ən azı 465 müəssisə bağlana bilər. Bu tendensiya 2025-ci ilin sonlarından bəri nəzərə çarpır: şəbəkələr fəaliyyətlərini azaltmağa başlayıblar - Şokoladnitsa təxminən 20 məkanı, Rostiks 25 restoranı və Yakitoriya 8 restoranı bağlayıb.

Əsas səbəb istehlakçı tələbatının azalmasıdır.

Seçilən
33
5
fed.az

6Mənbələr