AZ

"Bakı Metropoliteni": "Dərnəgül" depo ərazisində yol və metro infrastrukturu əlaqələndirilir

Bakı metrosunun "Dərnəgül" elektrik deposu ərazisində tunellərdə yol infrastrukturu üzrə əsas işlər artıq tamamlanıb, hazırda isə yol infrastrukturuna daxil olan digər texniki elementlər üzərində işlər davam etdirilir.

Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə paytaxtda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: "Bu səbəbdən və işlərin prioritet ardıcıllıqla təşkili çərçivəsində hazırda piyada və avtomobil tunellərinin açıq üsulla inşası üçün zəruri şərait yaradılıb".

Mətbuat katibi qeyd edib ki, aprel ayına qədər depo ərazisinə aid işlərin tamamlanması nəzərdə tutulur: "Həmin vaxt qısa müddət ərzində deponun iki hissəsinin dəmir yolu ilə əlaqələndirilməsi başa çatdırılacaq və layihənin birinci mərhələsi üzrə işlər yekunlaşdırılacaq".

Eyni zamanda qatarların təmiri, dayanması və baxışı üçün nəzərdə tutulan sahənin inşası üzrə işlər də davam etdirilir.

"Depo ərazisində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına uyğun olaraq avtomobil və piyada ötürücü tunelin inşası açıq üsulla həyata keçirilir", - B. Məmmədov əlavə edib.

Seçilən
64
6
far.az

7Mənbələr