ain.az bildirir, Apasport saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasında 22-ci turun oyunları başa çatıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində “Brayton” səfərdə “Bornmut”a məğlubiyyətdən son anda xilas olub.
Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurulan qol “qağayılar”a bir xal qazandırıb. Həmin qola matçın start heyətində yer almayan Xaralambos Kostulas imza atıb. Yunanıstanlı futbolçu oyunun bitməsinə təxminən 15 dəqiqə qalmış meydana daxil olub və əvəzetmənin nə qədər uğurlu olduğunu sübut edib.
Beləliklə, bu mövsüm Premyer Liqada ehtiyat oyunçularının vurduğu qolların sayına görə “Brayton” turnir cədvəlində liderdir. Əvəzetmədən oyuna daxil olan futbolçular “qağayılar”ın heyətində artıq 9 qol vurublar ki, bu da liqada ən yüksək göstəricidir.
“Brayton” hazırda Premyer Liqada turnir cədvəlinin 12-ci, “Bornmut” isə 15-ci pilləsində qərarlaşıb.
“Beşiktaş”ın futbolçusu sabiq klubuna qayıdır?
“Barselona”nın qolkiperi La Liqada klubunu dəyişəcək
Ümit Karanın narkotik testi pozitiv çıxıb
“Trabzonspor”dan baş məşqçisinə jest - maaşı artırıldı
“Fənər”in futbolçusu Fransa klubunda
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.