AZ

Barselona dan ayrılacağını qətiləşdirdi ehtiyat skamyada oturmamaq üçün etdi

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen baş məşqçi Hans-Dieter Flikin münasibətinə görə klubdan ayrılmaq barədə son qərarını verib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, alman məşqçinin İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin "Rasinq"lə(0:2) görüşündə start heyətində Joan Qarsiyanı meydana buraxmasından sonra ter Ştegen "Barsa"da qalmayacağı fikrini qətiləşdirib. 

Belə ki, Joan Qarsiya zədələnməsə, alman qolkiper mövsümün qalan hissəsində əsas heyətdə oynamaq şansının olmayacağını anlayıb. 

Alman qapıçı klub rəhbərliyinə ayrılıq istəyini bildirib və iyun ayına qədər "Jirona"ya icarəyə verilməsini xahiş edib.

33 yaşlı almanın "Barselona" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2014-cü ildən İspaniya nəhənginin qapısını qoruyur.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
sportal.az

3Mənbələr