AZ

“Braqa” “Beşiktaş”ın gənc futbolçusunu heyətinə qatmağa hazırlaşır

BAKI, 20 yanvar. TELEQRAF

Portuqaliyanın “Braqa” klubu Türkiyə Superliqası təmsilçisi “Beşiktaş”ın futbolçusu Demir Ege Tıknazı heyətinə qatmaq üzrədir.

Teleqraf “Sabah” qəzetinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.

Razılaşmaya əsasən, “Braqa” gənc futbolçu üçün 7,5 milyon avro bonservis və gələcək satışdan 20% pay ödəyəcək. Gözlənilir ki, Demir Ege Tıknaz bu həftə Portuqaliyaya gedərək transferi rəsmiləşdirəcək.

Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Demir Ege Tıknaz daha əvvəl Portuqaliyanın “Rio Ave” klubunda icarə əsasında çıxış edib. Transfermark onun hazırkı bazar dəyərini 6 milyon avro olaraq qiymətləndirir.

Seçilən
123
1
teleqraf.com

2Mənbələr