AZ

Rəsmilər Şəhidlər xiyabanında

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, habelə, digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rəsmilər Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Seçilən
110
far.az

1Mənbələr