AZ

Bu il Azərbaycanla münasibətlər necə olacaq? Ermənistan kəşfiyyatı açıqladı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə Azərbaycanla münasibətlərin gərginləşməsini istisna edir.

"Unikal" xəbər verir ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) 2026-cı ildə Azərbaycanla hərbi münasibətlərin gərginləşməsinin "demək olar ki, mümkün olmadığını" bildirib. İllik hesabatda qeyd olunur ki, Vaşinqton razılaşmaları və 8 avqust 2025-ci ildə sülh müqaviləsinin paraflanmasından bəri gərginləşmə riskini azalıb.

Agentlik həmçinin lokal toqquşmaları ehtimal olunmayan hesab edir və regional kommunikasiyaların açılması ilə bağlı nikbinlik ifadə edir.

Bundan əlavə, XKX Ermənistanın KTMT-yə üzvlüyünün 2026-cı ildə "dondurulmuş vəziyyətdən çıxarılacağını" gözləmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
3
unikal.az

5Mənbələr