AZ

Suriya Prezidenti və SDQ lideri arasında danışıqlar nəticəsiz qalıb

Suriya Prezidenti Əhməd əl-Şaraa və Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi arasında danışıqlar iflasa uğrayıb.

APA xəbər verir ki, bu barədə anonim mənbə AFP-yə danışıb.

“Dünən Dəməşqdə general Mazlum və cənab Şaraa arasında gedən danışıqlar tamamilə iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət təcili olaraq qətiyyətli mövqe nümayiş etdirməlidir”, - mənbə qeyd edib.

O, danışıqların nəticə verməməsinə görə Suriya hökumətini günahlandırıb.

Qeyd edək ki, Əhməd əl-Şaraanın imzalandığı qanunda SDQ-nin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulub, lakin qruplaşma Suriya ordusu ilə toqquşmaları davam etdirir.

Seçilən
109
3
apa.az

4Mənbələr