AZ

Məktəb avtobusu ilə yük maşını toqquşdu Ən azı 14 uşaq həlak oldu

ain.az, Bakupost saytına istinadən bildirir.

Cənubi Afrikanın Qautenq əyalətində səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi ölkəni sarsıdıb. Məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 14 şagird həyatını itirib, 3 şagird isə yaralanıb. Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun sürücüsü önündəki maşınları keçməyə çalışarkən qarşıdan gələn yük avtomobili toqquşub. Hadisə yerinə dərhal çoxsaylı təcili yardım briqadaları cəlb edilib. İlk məlumatlara görə 11 şagird hadisə yerində, daha 3-ü isə xəstəxanada həlak olub. Rəsmilər sürücülərin də xəsarət aldığını, lakin onların vəziyyətinin hələ də dəqiq müəyyən olunmadığını bildiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu üçün təlafat sayının artma ehtimalı var.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
www.bakupost.az

1Mənbələr