AZ

Yasamalda 20 Yanvarla bağlı tədbir keçirildi - FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin Yeni və Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hüzn, Qürur və Milli İradə” adlı tədbir keçirilib

"Unikal" xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov ,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları Fariz İsmayılzadə, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən və 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 36 il ötür. 36 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə nümayiş olunub.

Seçilən
26
1
unikal.az

2Mənbələr