AZ

Fidan Hacıyeva: Həmin gün 20 Yanvara həsr olunmuş şeir yazdım

Bakı, 20 yanvar, Anara Axundova, AZƏRTAC

Azərbaycanın Xalq artisti və opera müğənnisi Fidan Hacıyeva 20 Yanvar faciəs ilə bağlı xatirələrini və düşüncələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb:

“Mənim üçün çox ağır bir gündür. Uşaq vaxtı həmin hadisələrin şahidi olmuşam. O vaxtlar Füzuli meydanında yaşayırdıq. Pəncərədən baxıb hər şeyi görürdüm. Həmin gün 20 Yanvara həsr olunmuş bir şeir yazdım, baxmayaraq ki, heç vaxt şeir yazmamışam. Ertəsi gün anamla birlikdə şəhidlərin dəfn olunduğu yerə getdik. Bunu çox yaxşı xatırlayıram: küçələrdə tankların olmasına baxmayaraq, bütün şəhər ayağa qalxdı və yürüş etdi. Bu il mənim üçün daha da çətin bir gündür – yanvarın 20-si atamın anadan olmasının 100 illiyidir.

Həyat yoldaşım xarici ölkə vətəndaşı olsa da, hər il Şəhidlər xiyabanına gedir. Bu, onun üçün mütləqdir. Deyir ki, ora gedib qanları tökülən insanların qarşısında baş əyməlidir”.

Əlbəttə ki, belə ildönümləri həmişə matəm musiqisi müşayiət edir. Matəm musiqisi ağrını daha da şiddətləndirir. Televiziyada ağır simfonik musiqi və ya Azərbaycan alətlərimiz səslənəndə onların səsi insanın əhvali-ruhiyyəsini, kədərini ifadə edir.

Seçilən
103
azertag.az

1Mənbələr