İlham Əliyevin sözlərinə görə, mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanın qonşuluğunda sabitlik məsələsi daim diqqət mərkəzində saxlanılır və İran ətrafında mümkün destabilizasiya ehtimalları narahatlıq doğurur.
Dövlət başçısı vurğulayıb ki, regionda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh Azərbaycan üçün əsas dəyərlərdir. O əlavə edib ki, Azərbaycan işğal və müharibənin ağır nəticələrini yaşamış, minlərlə insan itirmiş ölkədir və bu təcrübə bir daha göstərir ki, hər bir dövlət üçün uğurun yeganə yolu təhlükəsizlik və sabitlikdir.