AZ

Binəqədidə kanalizasiya quyuları daşdı: Küçələr keçilməz oldu

Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 197 ünvanında yaşayan sakinlər artıq bir müddətdir ki, kanalizasiya quyularının daşmasından şikayətçidirlər.Xüsusilə, yağışlı havalarda kanalizasiya suları ətrafa yayılır və ərazi tamamilə keçilməz hala düşür. Yaranmış vəziyyət və kəskin üfunət qəsəbədə yaşayışı dözülməz edib. Sakinlərin dediklərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problem hələ də köklü şəkildə həllini tapmayıb:

"Hər gün qaynar xəttə zəng edirik. Bizə rəhbərliyə məlumat verildiyi bildirilsə də, nə gələn var, nə də maraqlanan. 15 gündür bu vəziyyətdəyik. İydən pəncərəni aça bilmirik, boğuluruq".
Ərazinin yaxınlığında orta məktəbin yerləşməsi vəziyyəti daha da qəlizləşdirir. Daşan çirkab suları şagirdlərin məktəbə gediş-gəlişində ciddi çətinliklər yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda bir neçə gün əvvəl kanalizasiya xəttində tutulma baş verib:
"Su Kanal İdarəsinin əməkdaşları tərəfindən xətdəki tutulma dərhal aradan qaldırılıb və problem öz həllini tapıb".

Seçilən
14
1
yenilik.az

2Mənbələr