AZ

"NATO ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır" -Lavrov

"Avropa liderlərinin, o cümlədən NATO-nun baş katibi Mark Rüttenin bəyanatları onu göstərir ki, onlar ciddi şəkildə Rusiyaya qarşı müharibəyə hazırlaşırlar".

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunları üzrə mətbuat konfransında bildirib.

"Əgər siz Avropa siyasətçilərinin və liderlərinin - həm Kaya Kallasın, həm Ursula fon der Lyayen, Fridrix Merts, Kir Starmer, Emmanuel Makron, Rüttenin bəyanatlarını oxusanız, onlar ciddi şəkildə Rusiya Federasiyasına qarşı müharibəyə hazırlaşırlar və doğrusu, bunu gizlətmirlər", - deyə o qeyd edib.

Sergey Lavrov ona diqqət çəkib ki, Rusiyanın Ukrayna ilə bağlı mövqeyi, "qısaca desək, bu böhranın ilkin səbəblərinin aradan qaldırılmasında əks olunur".

Seçilən
44
1
redaktor.az

2Mənbələr