"Bu, mənim karyeramın ən vacib oyunudur".
Far.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun futbolçusu Pedro Bikalyo deyib.
Bikalyo mediada gəzən transfer xəbərlərinə münasibət bildirib:
"Tam əminliklə deyə bilərəm ki, bu xəbərlər mənim oyunuma heç təsir etmir. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir".