AZ

20 Yanvar faciəsi bir daha sübut etdi ki, azadlıq nə qədər bahalı bir nemətdir

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Türk ailəsinin bir parçası olan Azərbaycan xalqı əsrlərdir bu torpaqlarda yaşamaq, var olmaq savaşı verir. Bizlər burada toxum olub torpağa düşüb və filizlənib qoca bir çinara çevrilmişik. Bu səbəbdən dövlət qurmaq, imperiya yaratmaq xalqımızın genetik kodlarından gələn bir axındır. Təbii ki, tarixin hər dönəmində güclü olmaq, bütün qalmaq mümkün deyil. 18-ci yüzillik bizim üçün məhz gücümüzün zirvəsindən parçalanmaya gedən enişli-yoxuşlu bir əsr oldu. Böyük Əfşar imperiyası süqut etdi və Azərbaycan torpaqlarında kiçik xanlıqlar yarandı. Həmin xanlıqların bir mərkəz ətrafında birləşə bilməməsi xalqımızın müsibətlərinin başlanğıcı oldu. O dövr Çar Rusiyası öz gücünü zirvəsində idi və ruslar üçün isti dənizlərə, torpaqlara çıxış strateji hədəf idi. Ona görə də, 19 - cu əsrdən etibarən Azərbaycan üzərinə yürüşlər edildi, xanlıqlar bir - bir işğal edildi. Azərbaycan xalqı 1918-ci ilə qədər Çar Rusiyasının zülmü altında yaşamalı oldu. Nəhayət 1918-ci ildə azda olsa Cümhuriyyətlə azadlıq duyğusunu yaşadı. Lakin 1920 - ci ildə ruslar bu dəfə fərqli adla torpaqlarımızı işğal etdi, Cümhuriyyətimizi süquta uğratdı. Çar Rusiyası və SSRİ mahiyyət etibarilə eyni ideoloji təməllər üzərində qurulmuş iki fərqli güc idi. Dəyişən sadəcə mundirlər və propaqandalar idi. Xalqımız növbəti 70 il rus əsarəti altında yaşamağa məcbur oldu. Hər şeyi öz adı ilə çağırmaqda fayda var. Kreml bizə, Türkistanda yaşayan qardaşlarımıza kölə kimi yanaşırdı və strateji əhəmiyyətli bütün sahələrdən bizləri uzaq tuturdu. Lakin xalqımızın ənənələri, milli kimliyi bütün çirkin planlardan üstün olmağı bacardı və həmin güc məhz 1990 - cı ildə Azadlıq meydanında öz əksini tapdı. Artıq ömrünün son akordlarını vuran SSRİ sonuncu dəfə bizə öz mənfur simasını nümayiş etdirdi. Əli yalın xalqı qırdılar, tanklarla cəsədlərin üzərindən keçdilər. Bu ağlasığmaz bir vəhşilik idi. O vəhşiliyi edənlərin əksəriyyəti isə ermənilər idi. Onlar sanki 1918 - ci il Mart soyqırımının təkrarın reallaşdırdılar. Axı o xislət onlara babaları Şamuyandan keçib və belə də olmalı idi. Belə bir deyim var ki, Allahdan ümid kəsilməz. Xalqımız o gücün qarşısında sınmadı, əyilmədi və öz müqəddəratını özü təyin etdi. Müstəqillik bizim haqqımız idi və biz onu qanla qazandıq. İndi öz taleyini özü müəyyən edən, ərazi bütövlüyünü təmin edən və regional lider olan güclü Azərbaycan dövləti var. Bu güc, qüdrət 20 Yanvar faciəsinin yandırdığı əbədi məşəlin istisidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Pərviz Mirizadə, siyasi şərhçi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
newscenter.az

2Mənbələr