AZ

Azərbaycanda gənc kuryerlərdən təqdirəlayiq addım VİDEO

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda çatdırılma şirkətlərindən birində işləyən kureyrlər örnək davranış sərgiləyiblər.

Ölkə.Az xəbər verir ki, bu barədə "Mehriban " Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova paylaşım edib.

O, kuryer kimi çalışan gənclərin işlədikləri şirkət tərəfindən onlara endirimli kuponları sığınacaqdakı uşaqlar üçün istifadə etdiyini bildirib.

“Onlar bu kuponları toplayaraq sığınacaq sakinləri üçün gözəl bir süfrə təşkil ediblər. Gənclərimizin bu nümunəvi davranışı təqdirəlayiqdir. Onlara dərin minnətdarlığımızı bildiririk”, - deyə o söyləyib.

M.Zeynalova kuryerlərin sığınacağa yemək gətirdikləri anların görüntülərini də paylaşıb.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
olke.az

2Mənbələr