Bakı. Trend:
Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş birkişi meyiti tapılıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dəniz polisi bunun itkin düşmüş rusiyalı üzgüçüNikolay Sveçnikov ola biləcəyini ehtimal edir.
Qeyd olunur ki, dəniz polisi üzgüçülük kostyumu geyinmiş naməlumkişi cəsədini aşkar edərək sahilə çıxarıb. Digər təfərrüatlaraçıqlanmır.
29 yaşlı Sveçnikov avqustun 24-də Bosfor boğazı üzərindənkeçirilmiş genişmiqyaslı beynəlxalq üzgüçülük yarışınıniştirakçılarından biri olub. Yarışda 81 ölkədən təxminən 3 minüzgüçü iştirak edib. Lakin finişdə rusiyalı idmançı görünməyib.Daha sonra Rusiya Federasiyasının İstanbul şəhərindəki BaşKonsulluğu Sveçnikovun aktiv axtarışlarının dayandırıldığını, lakinonun itkin düşməsi ilə bağlı istintaqın davam etdiyinibildirib.