AZ

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

 

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

 

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Tarix: 20 Yanvar 2026, 15:52   
Seçilən
107
43
pravda.az

10Mənbələr