AZ

“Milan” müdafiəçi transfer edir

“Milan” müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “rossoneri” Braziliya əsilli 21 yaşlı müdafiəçi Tyaqo Qabrielini izləyir. O, hazırda “Leççe”nin gənclər komandasında çıxış edir.

Bundan başqa, “Milan” “Latsio”nun müdafiəçisi Mario Jila ilə də maraqlanır. Klubun idman direktoru İqli Tare futbolçunu əvvəldən tanıyır.

A Seriyasında 2-ci yerdə olan “Milan” çempionluq mübarizəsini gücləndirməyi hədəfləyir.

Seçilən
57
idmanxeber.az

1Mənbələr