AZ

Azərbaycanda sabit investisiya mühiti var - "J.P. Morgan" şirkətinin sədri

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyi yüksək qiymətləndirilir.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda sabit investisiya mühiti var. C.Daymon həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.

O rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.

Seçilən
103
7
missiya.az

8Mənbələr