AZ

İstanbul Boğazında tapılan meyit rus üzgüçüyə məxsusdurmu?

Ajans.az xəbər verir ki, bu il Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) tərəfindən 37-ci dəfə təşkil edilən Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında iştirak edən rusiyalı üzgüçü Nikolay Sveçnikova İstanbul Boğazında itkin düşmüşdü. Beşiktaşın Kuruçeşmə sahili yaxınlığında dənizdə təmizlik aparan işçilər suyun üzərində kişi meyiti görərək polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan Dəniz Limanı Şöbə Müdirliyinin əməkdaşları meyiti sudan çıxarıblar. Meyitin üzərində mayo olduğu bildirilib və onun avqust ayında keçirilən 37-ci Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında itkin düşən 30 yaşlı rus üzgüçü Nikolay Sveçnikovaya aid ola biləcəyi qeyd olunur. Xatırladaq ki, 2025-ci ilin avqust ayında İstanbul Boğazında 81 ölkədən 2820 idmançının iştirakı ilə keçirilən yarış zamanı Nikolay Sveçnikovanın sahilə çıxa bilmədiyi müəyyən edilmişdi. Həmin vaxtdan etibarən dəniz polisi və sahil mühafizəsi tərəfindən genişmiqyaslı axtarış işləri aparılırdı.

Tapılan meyit ətraflı müayinə aparılması üçün İstanbul Məhkəmə-Tibbi Ekspertiza Qurumunun (ATK) morquna göndərilib.

Seçilən
16
Ajans.az

1Mənbələr