AZ

Hans Flik gənc futbolçunun komanda ilə məşq etməsinə qadağa qoyub

"Barselona"nın baş məşqçisi Hans Flik gənc futbolçu Pedro Fernandesin əsas komanda ilə məşq etməsinə qadağa qoyub.

Oxu.Az sport.es saytına istinadən xəbər verir ki, "Barselona"nın kapitanları bu məsələni Fliklə müzakirə ediblər.

Baş məşqçi belə qərara gəlib ki, 18 yaşlı yarımmüdafiəçi "Barselona"nın məşq mərkəzində komanda ilə deyil, fərdi məşq edə bilər.

Mediada yer alan xəbərlərə görə, PSJ klubu Pedro Fernandeslə maraqlanır. PSJ-nin baş məşqçisi Luis Enrike şəxsən bu transferi rəhbərlikdən tələb edib. PSJ tərəfi yaxın müddətdə futbolçunun altı milyon avroluq sərbəstqalma məbləğini ödəyə bilər.

"Cebheinfo.az"

Seçilən
136
cebheinfo.az

1Mənbələr