AZ

"Fitch" Azərbaycanda "Basel III" standartlarının kreditləşməyə təsirləri barədə bəhs edib

Bakı. Trend:

“Fitch Ratings” Azərbaycanda “Basel III” standartlarınıntətbiqinin kreditləşmənin dinamikasına və ya sektor üzrə kreditportfelinin strukturuna əhəmiyyətli dərəcədə təsir göstərəcəyinigözləmir.

Trend xəbər verirki, bunu “Fitch”in EMEA regionu bank reytinqləri üzrə direktormüavini Maksim Maliutin çərşənbə axşamı keçirilən vebinarıngedişində deyib.

“Bizim nöqteyi-nəzərimizdən, banklar pərakəndə seqmentdəkreditləşmənin artımını davam etdirəcək, korporativ portfel isəəvvəlki kimi ticarət və xidmət sektorunda cəmləşəcək ki, bu dastruktur özəlliyi hesab olunur. Yerli banklar neft-qaz şirkətləriniaktiv şəkildə kreditləşdirmir və əsasən ticarət və xidmətsahələrinə yönəlib. Onun üçün də, burada əhəmiyyətli təsirgözləmirik”, – deyə Maliutin qeyd edib.

O əlavə edib ki, bir çox banklar artıq “Basel III”ün yenitələblərini yerinə yetirmək üçün əlverişli mövqedədir, çünkionların kapitalı kifayət qədər dayanıqlıdır.

“Kiçik banklar arasında ayrı-ayrı hallar mümkündür, lakinsektorun iri oyunçularından danışsaq, onlar demək olar ki, tamhazırdırlar”, – deyə o izah edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16dekabr 2025-ci il tarixli qərarı ilə “Bank kapitalının və onunadekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib.

Sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapitaladekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblərvə tənzimləmələr “Bazel III” standartlarına uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqibankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqlarisklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalınınkeyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlımaliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şəraityaradacaqdır.

“Basel III” - Bank Nəzarəti üzrə Bazel Komitəsinin banktənzimlənməsi sahəsində metodoloji tövsiyələri ehtiva edən sənəddirvə 2010–2011-ci illərdə təsdiq olunub.

Bazel Sazişinin üçüncü mərhələsi 2000-ci illərin sonlarında başvermiş maliyyə böhranı zamanı üzə çıxan tənzimləmə ilə bağlınöqsanların aradan qaldırılması üçün hazırlanıb. “Basel III”bankların kapital tələblərini sərtləşdirir və likvidlik üzrə yeninormativ tələblər tətbiq edir. Sazişin əsas məqsədi bankçılıqdarisklərin idarə olunmasının keyfiyyətini artırmaqdır ki, bu da öznövbəsində maliyyə sisteminin ümumi sabitliyinin möhkəmlənməsinəxidmət edir.

Məqalədə:
Seçilən
125
1
az.trend.az

2Mənbələr