AZ

Trampa ağır zərbə: Respublikaçılar üsyan qaldırdı

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya siyasətinə qarşı Konqresdə hətta öz partiyası daxilində belə özünə qarşı əsl üsyan baş qaldırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Almaniyanın “Bild” nəşri belə yazır.

“Respublikaçıların qəzəbi rədd cavabı verməkdən tutmuş Qrenlandiya böhranının, hətta Trampın prezidentliyinə son qoya biləcəyi ilə bağlı xəbərdarlıqlara qədər dəyişir. Hələlik, bu əhval-ruhiyyə əsasən Trampı tənqid edən mühafizəkarlar qanadı tərəfindən müəyyən edilir.

Bu dostcasına “atəş” şübhəsiz ki, Ağ Ev üçün rüsvayçılıqdır. Vaşinqtonda “Qrenlandiya sammiti” də daxil olmaqla, bir həftəlik transatlantik turbo-diplomatiyadan sonra Tramp yenə də işğal ritorikasına sadiq qalır: “Qrenlandiya milli təhlükəsizlik səbəbləri ilə əlaqədar ABŞ-a daxil edilməlidir”, - deyə, o, israr edir. 

Respublikaçı konqresmen Don Bekon isə deyir: 

“Bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir”.

O, Trampın Qrenlandiyaya olan gerçək həvəsindən danışıb və xəbərdarlıq edib ki, xüsusilə də müttəfiqlərə qarşı bu aqressiv kursun davam etdirilməsi, hətta impiçment proseduruna səbəb ola bilər.

"Nüfuzlu senatorlar bunu ABŞ xarici siyasətində “həvəskar dərsi” adlandırırlar. Onların tənqidi Qrenlandiya və Avropanın arqumentlərini əks etdirir” - “Bild” belə yazır.

Qeyd edilir ki, Danimarkanın xarici işlər naziri Lars Rasmussen Vaşinqtondakı görüşdən sonra Trampın Qrenlandiyanı fəth etməkdə israrlı göründüyünü deyib. 

Konqres istənilən hərbi əməliyyatı qanuni olaraq bloklamağa hazırlaşır. Respublikaçı senator Tom Tillis Trampın işğala icazə verməsini bloklamaq üçün ikipartiyalı ittifaqın yaranacağını bildirib.

“Əgər qoşun çıxarmaq və ya qanunsuz zəbt etmə əlamətləri varsa, Prezidentin veto qoya bilməyəcəyi “Müharibə Səlahiyyətləri Qətnaməsi”ni qəbul etmək üçün kifayət qədər səs olacaq”, - deyə senator əlavə edib.

Respublikaçı senator Liza Murkovski bəyan edib ki, Konqres NATO və Aİ üzvü olan  dövlətləri Arktikada hərbi təcavüzə yol verməyəcəyinə  əmin etmək niyyətindədir.

Seçilən
116
1
cebheinfo.az

2Mənbələr