AZ

"Qalatasaray" Çempionlar Liqası matçına 3 itki ilə çıxacaq

Bakı.Trend:

"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-citurunda doğma meydanda "Atletiko"nu qəbul edəcək.

Trend xəbərverir ki, İstanbul nəhəngi görüşə 3 itki ilə çıxacaq.

Müdafiəçi Arda Ünyay, Vilfred Sinqo və yarımmüdafiəçi QabrielSara zədəlidir. Onlar vacib matçda komandaya kömək edəbilməyəcək.

Afrika Millətlər Kubokundan qayıdan Viktor Osimhen isə artıqkomanda ilə məşq edir və oynamağa hazırdır.

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko" qarşılaşması sabahkeçiriləcək və saat 21:45-də start götürəcək.

Məqalədə:
Seçilən
92
3
az.trend.az

2Mənbələr