Leverkuzen "Bayer"inin qapıçısı Mark Flekken sıradan çıxıb.
QOL.az xəbər verir ki, 32 yaşlı niderlandlı qolkiper Bundesliqada "Hoffenhaym"a qarşı keçirilən və 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.
Tibbi müayinənin nəticələrinə əsasən, futbolçunun sağ dizinin yan bağlarında yırtıq aşkarlanıb. Bu səbəbdən təcrübəli qapıçının təxminən 2 ay meydanlardan kənar qalacağı bildirilir.
Xatırladaq ki, Mark Flekken cari mövsüm bütün turnirlərdə 26 oyun keçirib, qapısında 39 qol görüb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.