AZ

Konqo millisinin üzvü İngiltərədə klub dəyişdirir

İngiltərə nəhəngi "Mançester Yunayted" heyətini gənc və perspektivli oyunçularla gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "GiveMeSport"un yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın skaut qrupu "Sanderlend"in 21 yaşlı yarımmüdafiəçisi Noa Sadikinin çıxışından olduqca təsirlənib.

Mançester təmsilçisi Konqo Demokratik Respublikası millisinin üzvünü heyətinə qatmaq üçün ciddi bir təklif hazırlayır.

İddialara görə, bu transferi reallaşdırmaq məqsədilə uruqvaylı yarımmüdafiəçi Manuel Uqartenin mübadilə predmeti kimi istifadə olunması gündəmdədir. Klub rəhbərliyi Sadikini uzunmüddətli layihənin bir hissəsi kimi görür və onun mərkəzdəki dinamizminə güvənir.

Seçilən
47
fanat.az

1Mənbələr