Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib.
Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq. Layihə iki hissədən - 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsindən və 9,5 kilometrlik Laqodexi dolama yolundan ibarət olacaq.
Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib.
Maraqlanan tərəflər tender təkliflərini bu ilin fevralın 17-dən gec olmayaraq təqdim etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31