AZ

Suriya qüvvələri “Əl-Hol” düşərgəsini nəzarətə götürməyə hazırlaşır


Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri keçmiş İslam Dövləti (İŞİD) yaraqlılarının ailə üzvlərinin saxlanıldığı Əl-Hol xüsusi düşərgəsini, eləcə də ölkənin şimal-şərqindəki əvvəllər kürd koalisiyası tərəfindən idarə edilmiş bütün həbsxanaları tam nəzarətə götürməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ərəb Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Əl-Hol düşərgəsini və bölgədəki bütün İŞİD həbsxanalarını nəzarətə götürməyə hazır olduğumuzu bəyan edirik”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDQ) qüvvələrini Əl-Hol düşərgəsindən çıxardığını açıqlamışdı.
Seçilən
83
1
yeniavaz.com

2Mənbələr