AZ

Bir qrup kuryerin bu jesti hər kəs tərəfindən alqışla qarşılanırVİDEO

Bir qrup kuryer ay ərzində çox işləyərək qazandıqları kuponları özləri üçün deyil, valideyn himayəsindən məhrum uşaqlar üçün xərcləyib. Çətin hava şəraitində, günün istənilən saatında çalışan bu gənclər aldıqları yeməkləri uşaq sığınacağına apararaq balacalara sevinc yaşadıblar. Onlar bu addımı nə tanınmaq, nə də təşəkkür üçün etdiklərini deyirlər. Sadəcə olaraq, paylaşmağı və sevindirməyi seçiblər.

Xezerxeber.az-ın məlumatına görə, etdikləri bu əməli kamera önündə danışmaq istəməyən kuryerlər deyirlər ki, bu addımı hər hansı təşəkkür və ya tanınmaq üçün deyil, sadəcə insanlıq borcu olaraq ediblər.

Kuryer Firudin Səmədzadə deyir ki, məhz bu addım üçün sığınacağı  seçməkdə məqsəd orada olan uşaqların  üzlərinin az da olsa güldürmək, eyni zamanda, bu jestlə onların kiçik qəlbinə böyük sevinc hissi yaşatmaqdır.

Bəzən bir pizza qutusu, bir burger, bir gülümsəmə - bir uşağın yaddaşında uzun müddət qalacaq xoş xatirəyə çevrilə bilir. Bu hadisə bir daha göstərir ki, yaxşılıq etmək üçün böyük imkanlara yox, böyük ürəyə ehtiyac var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
40
xezerxeber.az

1Mənbələr