Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Redaktor.az xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!




