AZ

TRIPP üzrə saziş iri investisiyalar üçün imkanlar aça bilər - "Limak Holding"in sədri

Davos. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üzrəsaziş iri investisiyalar üçün imkanlar aça bilər.

Trend xəbər verir ki, bunuTürkiyənin "Limak Holding" şirkətinin İdarə Heyətinin sədri EbruÖzdemir Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğununmüəyyənləşdirilməsi” mövzusunda panel iclası zamanı deyib.

“İnvestisiyalar yalnız sülh və uzunmüddətli sabitlik olduqdabaşlaya bilər. Sabitlik yoxdursa, heç kim investisiya qoymaqistəməz. Mən TRIPP üzrə sazişlə tanış olmuşam – o, çox aydınşəkildə tərtib edilib. Hesab edirəm ki, iri investisiyalar məhz busazişdən başlaya bilər. Hazırda Bakı–Tbilisi–Qars xətti fəaliyyətgöstərir və Orta Dəhlizin inkişafı ilə imkanlar daha dagenişlənəcək. Vurğulamaq istəyirəm ki, infrastruktur təkcə yollardemək deyil. Buraya həmçinin rəqəmsal infrastruktur, enerjiinfrastrukturu, eləcə də müşayiətedici infrastruktur – qurulimanlar, logistika habları və onların ətrafında formalaşan yaşayışməntəqələri daxildir”, – deyə o bildirib.

Özdemir qeyd edib ki, bütün liderlərin müsbət yanaşmasını nəzərəalsaq, ilk investisiyalar böyük ehtimalla dövlət-özəl tərəfdaşlığıformatında olan layihələr olacaq: “Hazırda dünyanın bir çoxölkəsində iri layihələr məhz bu cür tərəfdaşlıqlar vasitəsiləhəyata keçirilir. Bu prosesdə aparıcı rolu, şübhəsiz ki, beynəlxalqmaliyyə institutları oynayacaq”.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol PaşinyanBakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsashissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədəbirgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu” adını alıb.

Seçilən
120
3
az.trend.az

4Mənbələr