AZ

Qar Cəlilabad-Yardımlı yolunda problemlər yaradıbVİDEO

Qarın yağması səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunda ciddi çətinliklər yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, yolun bəzi sərt döngələrində qarın qalınlığının artması və buzlaşma nəticəsində qəza hadisəsi baş verib, bir sıra avtomobillər yolda qalıb.

Cəlilabad-Yardımlı yolunun ucqar dağlıq hissələri isə tamamilə bağlanıb.

Qarın yağması rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələri qırılıb, nəticədə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Son məlumata görə, qar rayonun 50-dən çox kəndində elektrik təsərrüfatına ziyan vurub. Nəticədə həmin kəndlər elektrik enerjisiz qalıb.

Cəlilabad rayon Fövqəladə hallar komissiyasından verilən məlumata əsasən, hazırda qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir. Bölgədə qarlı hava şəraiti isə davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
30
xezerxeber.az

1Mənbələr