Davos. Trend:
Serbiya, Azərbaycan və Ermənistan süni intellekt, innovasiyalarvə müdafiə kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməli, eynizamanda öz suverenliyini və milli maraqlarını qorumalıdır.
Trend xəbər verir ki, bunuSerbiya Prezidenti Aleksandar Vuçiç Davosda “Avrasiyanın iqtisadiözünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındaçıxışı zamanı söyləyib.
Vuçiçin sözlərinə görə, müasir dünyada “böyük balığın kiçikbalığı beynəlxalq qaydalara məhəl qoymadan udduğu" bir şəraitdəkiçik dövlətlər arasında qarşılıqlı əlaqə xüsusilə vacibdir.
“Biz bir-birimizlə yola getməliyik, əməkdaşlıq etməliyik, birgəçox iş görməliyik. Çünki bu gün qaydaların və tənzimləməninçatışmadığı bir dünyada biz özümüz özümüzə qayğı göstərməliolacağıq”, – deyə o qeyd edib.
Serbiya Prezidenti vurğulayıb ki, region ölkələri seçimqarşısındadır: yeni formalaşan böyük qlobal güc mərkəzlərinəqoşulmaq və ya müstəqilliklərini qorumaq. O, Serbiya, Azərbaycan vəErmənistanın suverenlik yolunu seçəcəyinə əminliyini ifadəedib.
“Azərbaycan xalqını, erməni xalqını və serb xalqını tanıyaraqəminəm ki, biz ikinci variantı - ölkələrimizin, xalqlarımızın,suverenliyimizin və müstəqilliyimizin qorunmasını, əlbəttə ki, hamıilə əməkdaşlıq etmək istəyi ilə - seçəcəyik”, - deyə Vuçiçbildirib.
O, həmçinin innovasiyalar sahəsində daha sıx əməkdaşlığa vəmüntəzəm siyasi məsləhətləşmələrə çağırış edib.
Vuçiç əlavə edib ki, Ermənistanı və Azərbaycanı dost ölkələrhesab edir və Qafqaz dövlətlərinin Avropa ilə Asiya arasında körpükimi strateji əhəmiyyətini vurğulayıb.
“Birlikdə olanda biz daha güclüyük. Qafqaz ölkələri Avropa iləAsiya arasında əsas vasitəçi və eyni zamanda təmas nöqtəsinəçevrilib. Biz hər üçümüz Avropa Siyasi Birliyinin üzvləriyik. Aİ-yəgedən yoldayıq, bu prosesdə Serbiya bir qədər irəliləyib, lakinümumilikdə oxşar vəziyyətdəyik”, – deyə o bildirib.