AZ

Rəsmi Ankara: YPG tərəfdarlarının Türkiyə bayrağına hücumu ilə bağlı hüquqi tədbirlər görüləcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyə bayrağına edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, Nusaybin-Qamışlı sərhədində PKK tərəfdarlarının Türkiyə bayrağına etdiyi hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

Burhanəddin Duran qeyd edib ki, bu hücumla terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq görünür: “Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid, müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım qətiyyətlə cavablandırılacaq”.

Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

Qeyd edək ki, bu gün Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddə Türkiyə bayrağını endirib.

DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində keçirilib. Toplantıdan sonra Suriyada YPG-yə qarşı aparılan əməliyyata etiraz edən bir qrup əlində PKK lideri Abdullah Öcalanın fotosu olan bayraqlarla sərhədə doğru yürüş edib, Nusaybin-Qamışlı (Suriya) sərhəd xəttindəki Türkiyə bayrağını endirib, PKK terror təşkilatını dəstəkləyən şüarlar səsləndirib.

Sərhədin təhlükəsizliyini təmin edən hərbçilər qrupun dağılması üçün havaya xəbərdarlıq atəşi açıb, onlardan ərazidən uzaqlaşmağı tələb edib.

Xəbərdarlıqdan sonra qrupun hadisə yerindən uzaqlaşdığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
apa.az

2Mənbələr