AZ

Ermənistan prezidenti Türkiyədən danışdı: Əgər problem axtarsaq...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan və Türkiyə mehriban qonşuluq münasibətlərini qorumalıdır. İki ölkə arasında sərhədlərin açılması regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışı zamanı deyib.

“Siyasətdə maraqlar mövcuddur. Lakin bu maraqlar ölkələrimizin iqtisadi inkişafı, xalqlarımızın rifahı və qonşularımızla mehriban, dinc və dostluq münasibətləri ilə uzlaşdırılmalıdır. Eyni yanaşma Türkiyəyə də aiddir. Əgər bilərəkdən problem axtarsaq, onları taparıq. Amma buna ehtiyac yoxdur. Bizim qonşumuz var. Bu, Türkiyədir və biz onunla normal qonşuluq münasibətləri qurmalıyıq”.

Xaçatryanın sözlərinə görə, region ölkələri arasında əlaqələrin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“İran və Gürcüstanla olduğu kimi, Türkiyə ilə də sərhədlərimizi açmalıyıq. Bu ölkələrdə baş verən proseslərə və hadisələrə yanaşmalar, qiymətləndirmələr fərqli ola bilər. Lakin nəticə etibarilə Ermənistanın sülhə, mehriban qonşuluq münasibətlərinə və qarşılıqlı faydaya əsaslanan maraqları var. Bu, ortaq maraqdır”, – deyə Xaçatryan vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
globalinfo.az

1Mənbələr