AZ

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XQ-ə verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
28
xalqqazeti.az

10Mənbələr