AZ

Avropa DÇ 2026 nın boykotunu müzakirə edir KİV

ain.az bildirir, Axar.az portalına istinadən.

Bu yay ABŞ-da keçiriləcək Dünya Çempionatını (DÇ-2026) boykot etmək ideyası Qrenlandiya ilə bağlı mübahisə fonunda Avropada müzakirə olunur.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri məlumat yayıb.

“Qrenlandiyadakı vəziyyəti nəzərə alsaq, Brüsseldə (AB) əhval-ruhiyyə hazırda qəmgin, hətta üsyankardır. Bu yay Amerikada keçiriləcək Dünya Kubokunun boykot edilməsi müzakirə olunur ki, bu da ABŞ-ın 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarını boykot etməsini xatırladır”, - nəşr bildirib.

Qeyd edək ki, DÇ-2026 yayda ABŞ, Kanada və Meksikada keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
axar.az

2Mənbələr